“Yunayted”dən qələbə, “Fənərbağça” heç heçə etdi Avropa Liqası

24.01.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, “Roma” səfərdə AZ-la, “Tottenhem” Almaniyada “Hoffenhaym”la üz-üzə gəlib.

“Mançester Yunayted” doğma meydanda “Reyncers”lə qarşılaşıb. “Fənərbağça” isə öz meydanında “Lion”la qolsuz bərabərliklə (0:0) ayrılıb.

“Olimpiakos” səfərdə “Portu”ya 1:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VII tur

23 yanvar

21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) – 0:1

21:45. AZ (Niderland) - “Roma” (İtaliya) – 1:0

21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) – 0:0

21:45. “Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya) – 2:3

21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika) – 2:0

21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1

21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland) – 2:3

21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə) – 2:3

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya) – 2:1

00:00. “Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan) -2:0

00:00. “Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya) – 3:1

00:00. PAOK (Yunanıstan) - “Slaviya” (Çexiya) - 2:0

00:00. “Yunion” (Belçika) - “Benfika” (Portuqaliya) - 2:1

00:00. “Ludoqorets” (Bolqarıstan) - “Midtyullan” (Danimarka) – 0:2

00:00. RFS (Latviya) - “Ayaks” (Niderland) - 1:0

00:00. “Elfsborq” (İsveç) - “Nitsa” (Fransa) -1:0

Qeyd edək ki, yanvarın 31-də UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar avtomatik 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yerləri tutan komandalar isə pley-off oyunları keçirəcək. Onlar 1/8 finala yüksəlmək üçün mübarizə aparacaqlar. Bu mərhələdə ilk matçlar fevralın 13-də, cavab qarşılaşmaları isə 20-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью