futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted”in müdafiəçisi Tayler Fredrikson karyerasını İsveçrədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 21 yaşlı futbolçu “Lozanna”ya transfer olunub. Bu barədə Mançester təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İsveçrə Super Liqası klubu ilə 3 illik müqavilə imzalayan müdafiəçi 9 yaşından sistemində olduğu “qırmızı şeytanlar”la yollarını rəsmən ayırıb.
Mançester klubunun əsas heyətində ümumilikdə 4 matçda şans qazanan ingilis futbolçu Premyer Liqada ötən ilin aprelində “Vulverhempton”a qarşı oyunda (0:1) debüt edib. O həmçinin, “Brentford”, “Qrimsbi Taun” və “Nyukasl Yunayted”ə qarşı görüşlərdə də meydanda olub.