Yüngül atletika üzrə dünya çempionatının medalçısı Sudanda öldürülüb

14.04.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yüngül atletika üzrə 2011-ci il dünya çempionatında 800 metr məsafəyə qaçışda gümüş mükafatçı olan Abubaker Kaki Sudanda artilleriya hücumu nəticəsində həlak olub. SİA xəbər verir ki, bu barədə “Sudafax” portalı məlumat yayıb. 35 yaşlı idmançı iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub, 2008-ci ildə isə 18 yaşında turnirin ən gənc qalibi olub.

Kaki 2008-ci il Olimpiadasının açılış mərasimində Sudan komandasının bayraqdarı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью