Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

15.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Yüngül çəkidə (70 kiloqrama qədər) son UFC çempionu İslam Maxaçevin yarım orta çəkidə (77 kiloqrama qədər) mübarizə aparmaq qərarına gəlməsi digər idmançılar üçün titul qazanmaq fürsəti yaradıb.

Fanat.Az sözügedən liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yüngül çəkidə yeni çempion UFC 317 turnirində müəyyənləşəcək.

İyunun 29-da Las Veqasda baş tutacaq qarşılaşmada yarım yüngül çəkidə (66 kiloqrama qədər) sabiq çempion İliya Topuriya yüngül çəkidə sabiq çempion Çarlz Oliveyra ilə üz-üzə gələcək.

Xatırladaq ki, İslam yarım orta çəkidə çempion Cek Della Maddalena ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmanın yeri və vaxtı hələ açıqlanmayıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью