Yüngül zədə deyib KEÇMƏYİN! Həkimdən VACİB ÇAĞIRIŞ

09.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Şişkinlik, kəskin ağrı və deformasiya varsa, mütləq həkimə müraciət edilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, uşaqlar arasında yıxılma və müxtəlif travmalarla tez-tez rastlaşılır. Onun sözlərinə görə, zədədən sonra ətraflarda kəskin ağrı, ciddi şişkinlik, deformasiya və ya açıq yara müşahidə olunarsa, təcili tibbi yardım və ya travmatoloqa müraciət edilməlidir.

“Uşaq yıxıldıqdan sonra ayağını yerə basmaqda çətinlik çəkirsə və ağrı keçmirsə, bunu yüngül zədə kimi qiymətləndirmək olmaz. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır”, - deyə İ.Şıxbabayev vurğulayıb.

Travmatoloq baş nahiyəsindən alınan zədələrə də xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib. O bildirib ki, travmadan sonra ürəkbulanma, huşun itməsi və digər narahatedici əlamətlər müşahidə olunarsa, uşaq dərhal həkimə göstərilməlidir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью