Yüngülvari qızdırmanın öhdəsindən gəlməsə, onu evə göndərəcəyik

16.06.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

İyunun 11-də start götürən dünya çempionatına qatılan Norveç millisinin baş məşqçisi Stole Solbakken yüksək hərarət üzündən komandanın məşqini buraxan hücumçu Yörgen Larsenin vəziyyəti ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Yörgen yuxudan oyananda qızdırması qalxmışdı. Ciddi bir şey yoxdur. O, həftə ərzində heç nə etməyib. Ona görə də yüngülvari qızdırmanın öhdəsindən gəlməsə, evə göndərəcəyik".

Norveç millisi İraq, Seneqal və Fransa yığmaları ilə eyni qrupda yer alıb. Skandinaviya təmsilçisi ilk matçını iyunun 17-də İraq seçməsinə qarşı keçirəcək.

Nihat 
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью