Yunis Hüseynov: “Mən heç kimi təhqir etməmişəm”

26.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“AFFA-nın qərarından şikayət edəcəm. Mən heç kimi təhqir etməmişəm”.

Bu sözləri “Turan Tovuz” futbol komandasının məşqçisi Yunis Hüseynov deyib.
Mütəxəssis “Şamaxı” ilə matçda baş verən insidentə və AFFA İntizam Komitəsinin qəbul etdiyi cəza qərarına münasibət bildirib.
“AFFA İntizam Komitəsinin qərarı mənim üçün ağır oldu. Orada bu qədər böyüdüləsi hadisə baş verməmişdi. Hər halda, AFFA-ya müraciət edərək qərara yenidən baxılmasını istəyəcəyik. Mən söyüş söyməmişəm, heç kimi təhqir etməmişəm. Buna görə də qəbul edilən qərar mənə müəmmalı gəldi. Söz-söhbət yaşansa da, üç oyunluq cəza və 8000 manat cərimə ağır qərardır. Paltardəyişmə otağının qarşısında AFFA nümayəndəsi Eldəniz Musayev hətta polislərdən soruşmuşdu ki, kimsə təhqir olunubmu? Polislər belə bir halın baş vermədiyini bildirdikdən sonra mənə dedi ki, maksimum bir oyunluq cəza ala bilərəm. Sonda isə belə ağır qərar qəbul olundu”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasının 12-ci turunda keçirilən “Şamaxı” - “Turan Tovuz” matçının ilk hissəsindən sonra rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Yunis Hüseynov 3 oyunluq cəzalandırılıb. “Turan Tovuz” klubu isə 8000 manat cərimə edilib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью