Yupamekano Bayern Münhen ə şərt qoydu

20.07.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bayern Münhen"in mərkəz müdafiəçisi Deotşankül Yupamekano klubu ilə müqavilə yeniləmək üçün maaşının xeyli artırılmasını istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.

Məlumata görə, 26 yaşlı futbolçunun baş məşqçi Vensan Kompani münasibətləri qaydasında olsa da, o, daha çox məvacib almağı haqq etdiyini düşünür. Mənbə tərəflərin hazırda danışıq apardıqlarını və ortaq məxrəcə gəlməyə çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, son mövsümdə "Bayern" forması ilə bütün turnirlərdə 38 matça çıxan Yupamekano 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью