Yupamekano “Borussiya” ilə oyun barədə: “Komanda olduğumuzu göstərdik” | Icma.az
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bavariya”nın fransalı müdafiəçisi Deotşankul Yupamekano Bundesliqanın 7-ci turunda Dortmund “Borussiyası”na qarşı qazandıqları 2:1 hesablı qələbə barədə fikirlərini bölüşüb.
İdman.Biz “beIN SPORTS France”a istinadən xəbər verir ki, futbolçu komandasının birlik nümayiş etdirdiyini vurğulayıb: “Komanda olduğumuzu göstərdik, çünki ikinci hissədə birlikdə müdafiə olunduq.
80-ci dəqiqədə Dias və Keynin müdafiəyə kömək etdiyini görəndə bu, bizim kimi müdafiəçilər üçün möhtəşəm hiss idi.
Ümid edirəm, bu ruhda davam edəcəyik.” Qeyd edək ki, Yupamekano bu mövsüm “Bavariya”nın heyətində 9 oyun keçirib (onlardan 8-də start heyətində) və hələlik məhsuldar göstərici ilə fərqlənməyib.
İdman.Biz Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu