Yupiterdə görünən Yer boyda qaranlıq oval ləkələr nədir? (ARAŞDIRMA) | Icma.az
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Yupiterdə Yer ölçüsündə qaranlıq oval ləkələr görünməyə davam edir.
Turkustan.az xəbər verir ki, bu barədə "Forbes" NASA tərəfindən dəstəklənən və "Nature Astronomy" jurnalında dərc olunmuş yeni araşdırmaya istinadla yazıvb.
Qaranlıq oval ləkələrin xüsusiyyətləri Yupiter məşhur Böyük Qırmızı Ləkəsi ilə tanınsa da, onun atmosferində başqa bir sirr də mövcuddur: Yer boyda olan qaranlıq oval ləkələr.
Bu ləkələr yalnız ultrabənövşəyi işıqda müşahidə olunur, zamanla peyda olur və yox olur.
Alimlər bu hadisələri tornadovari atmosfer təsirləri ilə izah edirlər. Yupiterin cənub qütbündə bu qaranlıq oval ləkələr daha çox görünür.
Onların yaranması təxminən bir ay çəkir, amma yalnız bir neçə həftə sonra yox olur.
1994-2022-ci illərdə NASA-nın "Hubble" kosmik teleskopunun Yupiterlə bağlı apardığı illik müşahidələrin yalnız 75%-ində bu ləkələr qeydə alınıb.
Yupiterin şimal qütbündə bu oval ləkələr daha nadir hallarda yaranır və yalnız bəzi illik müşahidələrdə aşkar edilib.
Tam oxu
Xəbəri oxu