Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dublin Triniti Kollecinin alimləri "Ceyms Uebb" kosmik teleskopunun köməyilə ulduzla planet arasında qalan SIMP 0136 qəhvəyi cırtdanının atmosferini deşifrə ediblər. Qaz nəhəngindən böyük olan, lakin ulduz kimi parlaya bilməyən bu obyektdə Yerdəkindən və hətta Yupiterdəkindən dəfələrlə kəskin və dinamik hava şəraiti hökm sürür.
Riyazi-statistik analiz metodlarından istifadə edən tədqiqatçılar cırtdanın fırlanması zamanı parlaqlıq dəyişikliklərini izləyiblər. Məlum olub ki, atmosferdəki bütün mürəkkəb fırtınalar və Hava dəyişkənliyi cəmi iki əsas amillə idarə olunur: temperatur tərəddüdləri və buludların şaquli strukturu. Bu amillər obyektin səthində üç fərqli hava vəziyyətindən ibarət sabit bir mozaika yaradır.
Qəhvəyi cırtdanlar Günəş sistemindən kənardakı nəhəng planetlərin atmosferini öyrənmək üçün mükəmməl laboratoriya hesab olunur. Tətbiq edilən yeni analiz metodu gələcəkdə kənar dünyaların iqlim sistemlərini daha tez anlamağa və həyata yararlı planetləri müəyyən etməyə imkan verəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ