Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Sergey Yuran daha bir rusiyalı futbolçunu baş məşqçisi olduğu "Serik Belediyespor"a aparıb.
Fanat.Az xəbər verir ki, informasiyanı sözügedən klubun mətbuat xidməti yayıb.
Bir müddət öncə fəaliyyətini dayandıran "Ximki"nin sabiq yarımmüdafiəçisi İlya Berkovski Türkiyənin 1-ci Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Sözügedən klub bundan əvvəl 3 rusiyalını rənglərinə bağlamışdı. Serik təmsilçisi Kirill Qotsuk, Dmitri Tixi və İlya Sadıqovla anlaşmışdı.
Xatırladaq ki, "Serik Belediyespor"un səhmlərinin 50 faizini daha əvvəl Rusiya "Ximki"sinin əsas səhmdarı olmuş azərbaycanlı iş adamı Tufan Sadıqov 4 milyon avroya alıb.
Nihat
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.