“Yurdum”un üzvləri Yeni İl Xeyriyyə Yarmarkasında

02.12.2024

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakı şəhərində günərzi mərkəz kimi fəaliyyət göstərən “Yurdum” sosial ekokənd layihəsinin üzvləri Yeni İl Xeyriyyə Yarmarkasında iştirak ediblər. 

“İnkişafa Doğru” ictimai birliyi tərəfindən təşkil edilən yarmarkada xüsusi qayğıya ehtiyacı olan insanların müxtəlif əl işləri – şamlar, daş tozundan qablar, bijuteriyalar, ekoçantalar və digər aksesuarlar nümayiş etdirilib. İcma üzvlərinin maraqlı rəsm əsərləri də maraqla qarşılanıb.  

Qeyd edək ki, “Yurdum” 18 yaşdan yuxarı xüsusi qayğıya ehtiyacı olan insanların həyat keyfiyyətini artırmağa, xəstəxanadan kənar şəraitdə, yeni yaşayış mühitində layiqli və mənalı həyat yaşamağa kömək etmək məqsədi daşıyır. Layihə 2024-cü ildən Humayun QHT tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə adaptasiyasına dəstək məqsədilə həyata keçirilir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью