Yurgen Klopp 2017 ci ildə Salahın transferinin əleyhinə olub | Icma.az
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Liverpul"un keçmiş analitiki Yan Qrem komandanın alman baş məşqçisi Yurgen Kloppun 2017-ci ilin yayında "Roma"nın vingeri Məhəmməd Salahın transferinə qarşı olduğunu bildirib.
O, bu barədə BBC-nin yayımladığı filmdə danışıb: "Yurgenin həmin yay ilk seçimi Julian Brandt idi.
Yurgen Bundesliqadan gəldiyi üçün onu çox yaxşı tanıyırdı və Almaniya bazarını yaxşı anlayırdı.
Brandt çox yaxşı gənc oyunçu idi, lakin Salah kimi fərqlənmirdi.
Bizim təhlillərimizə görə Salah o dövrdə Avropanın ən yaxşı gənc cinah oyunçusu hesab olunurdu.
"Roma" onu satmaq məcburiyyətində qaldı, çünki onların maliyyə vəziyyəti yaxşı deyildi.
Qeyd edək ki, misirli futbolçu 2017-ci ilin iyulunda "Roma"dan "Liverpul"a keçib.
Tam oxu
Xəbəri oxu