Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 28 sentyabr, AZƏRTAC
Yürgen Klopp Almaniya millisinin tarixində baş məşqçi kimi ən uğursuz starta imza atıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Almaniya milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda doğma meydanda Yunanıstan yığması ilə qarşılaşıb.
Auqsburqda keçirilən görüş Yunanıstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan əvvəl Almaniya yığması ilk turda Niderlandla 1:1 hesablı heç-heçə edib.
Beləliklə, 59 yaşlı mütəxəssis Almaniya millisinin tarixində ilk iki oyundan ibarət start mərhələsində ən zəif nəticəni göstərib. Komanda iki oyundan sonra cəmi 1 xal toplayıb.
Qeyd edək ki, Yürgen Kloppdan əvvəl Almaniya millisinin ilk iki oyundan sonra ən az xal topladığı start 2 xalla qeydə alınıb. Bu nəticəni 1937-ci ildə Zepp Herberger, 1965-ci ildə isə Helmut Şön göstərib.