Yurgen Klopp Braziliya yığmasını və ya Real ı çalışdıra bilər

17.04.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyalı mütəxəssis Yurgen Klopp Braziliya yığmasını və ya İspaniyanın "Real" klubunu çalışdıra bilər.

57 yaşlı məşqçi karyerasını bərpa etmək variantlarını nəzərdən keçirir.

Son olaraq çalışdırdığı "Liverpul"dan (İngiltərə) ayrıldıqdan sonra bu ilin yanvarından "Red Bull"da qlobal futbol rəhbəri kimi fəaliyyət göstərən mütəxəssisin yenidən baş məşqçi kimi meydanlara qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, Y.Klopp daha əvvəl Almaniyada "Maynts 05” və "Borussiya” (Dortmund) klublarının da baş məşqçisi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью