Yurgen Klopp razılıq verdi: Millini çalışdıracaq

03.07.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyalı mütəxəssis Yurgen Kloppun futbol üzrə Almaniya millisinin baş məşqçisi olmağa razılıq verdiyi bildirilir.

Milli.Az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, təcrübəli çalışdırıcı Almaniya Futbol Federasiyasının təklifini müsbət cavablandırıb. Hazırda tərəflər arasında müqavilənin son detalları müzakirə olunur. Rəsmi prosedurlar tamamlandıqdan sonra Kloppun yeni müqaviləyə imza atacağı gözlənilir.

Bildirilir ki, 59 yaşlı məşqçi bu vəzifədə Yulian Naqelsmanı əvəz edəcək.

Xatırladaq ki, Yulian Naqelsman Almaniya millisinin dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşmasından sonra baş məşqçi postundan istefa vermişdi.

Yurgen Kloppun Almaniya millisinə rəhbərlik edəcəyi ilə bağlı xəbərlər futbol ictimaiyyətində böyük maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью