Yurgen Kloppu təhqir edən baş hakim vəzifəsindən uzaqlaşdırılıb

09.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Kloppu təhqir edən baş hakim Devid Kut vəzifəsindən uzaqlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasında hakimlərin işinə cavabdeh olan Professional Game Match Officials Limited (PGMOL) şirkətinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl UEFA və İngiltərə Hakimlər Assosiasiyası tərəfindən cəzalandırılan britaniyalı referi son olaraq işindən qovulub.

Qeyd edək ki, 4 il əvvəl sosial şəbəkədə 42 yaşlı ədalət qoruyucusunun Kloppu axmaq və təkəbbürlü adlandırdığı video yayılmışdı.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью