Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yurgen Kloppun agenti Mark Kossike, "Real"ın preizdenti postuna namizəd Enrike Rikelmenin açıqlamalarına cavab verib. Sport24.az xəbər verir ki, o, bu barədə "Sky Sport"a danışıb.
"Bu, bizi əsəbləşdirir. Kloppun klub məşqçisi olmaq kimi planı yoxdur. Alman mütəxəssis "Red Bull"dakı işindən məmnundur".
Qeyd edək ki, Rikelme bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bazar günü keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Kloppu Madrid klubunun baş məşqçisi olmağa dəvət etmək niyyətində olduğunu bildirib.