Yuri Maksimov: “İlk qol bizi büdrətdi”

22.11.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Biz başa düşürdük ki, lider komandaya qarşı oynayacağıq. Daha çox topla oynamağa çalışırdıq. Amma buraxılan birinci qol bizi büdrətdi. Birinci hissədə hesabı bərabərləşdirməyi çox istəyirdik. İkinci hissədə yenə də qollar buraxdıq. Alınmadı. Aydın məsələdir ki, futbolu 11 nəfər oynamır. Bizim dəyişməli olduğumuz oyunçularımız da var idi, zədəlilərimiz oldu. Cavan oyunçulara da şans verdik. Aydın məsələdir ki, qollar buraxırıq. Amma yenə də yolumuza davam edirik".

Sport24.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 12-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

Ağadadaş Salyanskinin bu matçda oynamamasının səbəbi nə idi? Onun yoxluğu nə dərəcədə təsir etdi?


Ağadadaş "Neftçi"dən icarəyə gəldiyi üçün onlara qarşı oynamaq hüququna malik deyildi. Növbəti turda da Abdulal Rzayev "Sabah"a qarşı oynamayacaq. Çünki o da "Sabah"dan icarəyə götürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью