sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Araz-Naxçıvan" yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məşqdən öncə Maksimov rəhbərlik tərəfindən komandaya təqdim olunub, daha sonra kollektiv 2 saata yaxın çalışıb.
Milli yığmalara yollanan 4 oyunçu – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla, digər üzvlər tam heyətlə prosesə qatılıblar.
Qeyd edək ki, "Araz-Naxçıvan" 2 yoxlama oyunu keçirəcək. Komanda sentyabrın 27-də, saat 16:00-da BOS-un ehtiyat meydanında "İmişli" ilə qarşılaşacaq. Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Sparrinq-rəqib "Neftçi" olacaq.