Icma.az bildirir, sport24.az portalına istinadən.
"Araz-Naxçıvan" Misli Premyer Liqasının XIII turunun oyununda səfərdə "Sabah"a 062 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, qonaqların baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Bilirdik ki, çətin oyun olacaq. Komandamız komplektləşməyib, oyunçularımız çatmır. Futbolçular əllərindən gələni etməyə çalışdılar.
- "Araz-Naxçıvan" nə vaxt qələbə qazanacaq?
- Biz də bunu istəyirik.
- Qış fasiləsində neçə transferə ehtiyac var?
- Hər bir halda nəsə etməyə çalışacağıq.
- Növbəti iki oyun da çempionluq uğrunda mübarizə aparan komandalar qarşı olacaq. Həmin matçlarda hədəfiniz nədir?
- Meydana çıxıb oyunumuzu oynayacağıq. Futbol elədir ki, bəzən alınır, bəzən alınmır.