Yuri Maksimov: “Öz səhvlərimiz ucbatından sadə qollar buraxdıq”

07.11.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının XI turu çərçivəsində səfərdə "Şəfa" ilə 2:2 hesablı heç-heçə edən "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov matçdan sonra jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Döyüşkən oyun alındı. Heyətimizdə zədələnən futbolçuların sayı kifayət qədər çoxdur. Hesab heç-heçə ilə yekunlaşsa da, ümumən komandamın sərgilədiyi oyundan razı qaldım. Sadəcə, öz səhvlərimiz ucbatından qapımızda çox sadə qollar gördük. Dəyişikliklər etmək, oyunu gücləndirmək üçün ehtiyat oyunçular skamyasında variantlarımız az idi. Önümüzdə iki həftəlik milli fasilə var və ümid edirəm ki, bu müddətdə zədəli futbolçularımız bərpa olunub sıraya qayıdacaqlar. Fürsətdən istifadə edib Azərbaycan xalqını sabahkı Zəfər Günü münasibətilə təbrik edirəm. Hazırda Ukraynada müharibə gedir və mən vəziyyəti çox yaxşı başa düşürəm.

– Komanda ilk dövrəni istədiyi kimi başa vurmadı. Milli fasilədən sonra qələbə qazanmaq üçün nə dəyişməlidir?

– Heyətdə ciddi zədə problemlərimiz var. Hətta "Zirə" ilə matçda da üç futbolçumuz zədələnmişdi. İki həftəlik fasilə dövründə həmin oyunçular bərpa prosesini tamamlayıb komandaya qayıdacaqlar və tam heyətlə məşqlərimizə davam edəcəyik.

– Növbəti turda rəqibiniz çempionatın lideri "Neftçi" olacaq. Komandanı bu çətin oyuna kökləmək üçün nə edəcəksiniz?

– "Neftçi" hazırda birinci yerdə qərarlaşıb. Biz bu oyuna ciddi şəkildə hazırlaşacağıq və köklənəcəyik. Turnir cədvəlində sonuncu pillədə olsaq belə, biz hər matça yalnız qələbə üçün çıxırıq. Hazırda bizim üçün ən vacib məsələ zədəli oyunçularımızın tezliklə sıraya qayıtmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью