Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"

09.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"

"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 7-ci turunda "Kəpəz"ə uduzduqları oyun haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra mətbuat konfransında məğlubiyyəti belə dəyərləndirib: 

"Oyuna yaxşı hazirlaşmışdıq. İstəyirdik qələbə qazanaq və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq. Təəssüf ki, yenə öz səhvlərimizdən qollar buraxdıq. Halbuki hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün imkanlarımız oldu".

O, 8-ci turda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşə də toxunub: "Qarşıda "Sumqayıt"la oyunumuz var. Hücum fazasında bir qədər dəqiq oynamalı, müdafiədə səhvlərimizi azaltmalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью