Yuri Matias Braziliyaya qayıtmağı düşünür

03.03.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias karyerasını ölkəsində davam etdirməyi düşünür. Sport24.az xəbər verir ki, müdafiəçi bu barədə "Globo" nəşrinə açıqlamasında bildirib.
Oyunçu ailəsindən kənarda yaşamağın onun üçün çox çətin olduğunu bildirib:
"Bunu sözlə izah edə bilmirəm. Mənə təsir edən bir şeydir. Kiçik oğlumun autizmli olması da ayrı mübarizədir. Çünki bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun inkişafı üçün müalicəsinə üstünlük verməliyəm".
Qeyd edək ki, 2023-cü ildə Bakı klubuna keçən futbolçu 2016-cı ildən ölkəsindən kənarda çıxış edir. 30 yaşlı müdafiəçinin "Neftçi" ilə müqaviləsinin müddəti yayda başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью