Yuri Matias: “Rumıniyada özümü yaxşı hiss edirdim”

09.01.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi”nin futbolçusu Yuri Matias rumıniyalı jurnalist Marian Kodirə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı braziliyalı futbolçu jurnalistin “Rumıniyaya qayıtmaq istərdinizmi?” sualını belə cavablandırıb:

“Yox deyə bilmərəm! Çıxış etdiyim komandalarla bağlı müzakirələr olsa, geri qayıdardım. Xüsusən də orada özümü yaxşı hiss etmişəm. Niyə də olmasın? Mən heç vaxt qapını bağlamıram və futbolda hər şey mümkündür”.

Müdafiəçi “Neftçi” ilə olan müqaviləsindən də söz açıb:

“Hazırda müqavilə müddətinin bitməsinə altı ay var. Klub müqavilə müddətini artırmaq üçün əlaqə qurub. Amma sonda razılaşa bilmədik, Məsələ hələ açıq qalıb. Başqa komandalar da maraqlanır. Güman ki, yaya qədər “Neftçi”də qaldıqdan sonra sərbəst şəkildə gedəcəm”.

Qeyd edək ki, Matiasın klubla sözləşməsi cari mövsümün sonunda başa çatır.

Əsas xəbərlər, Ölkə futbolu Emin Mahmudov: “Məşqlər və oyunlar üçün darıxmışam”

7 Yanvar 2025, 23:42

Əsas xəbərlər, Ölkə futbolu Asəf Zeynallı: “Bütün futbolçularımız məşqlərə qoşulub”

7 Yanvar 2025, 20:25

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Tamaşdan sonra o da “Neftçi”dən ayrıla bilər

6 Yanvar 2025, 8:01

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” Qəbələdə hazırlaşacaq

5 Yanvar 2025, 17:04

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi”də ayrılıq

4 Yanvar 2025, 20:07

Əsas xəbərlər, Manşet, Premyer liqa Premyer Liqanın ən çox “sarı” alanı kimdir?

2 Yanvar 2025, 8:19

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью