Yuri Matias: “Sona qədər bu formanı şərəflə daşımağa hazıram”

10.01.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən günlərdə Rumıniya mətbuatına müsahibə verən “Neftçi”nin futbolçusu Yuri Matias sözlərinin təhrif olunduğunu bildirib.

Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi bu barədə “Neftçi”nin mətbuat xidmətinə açıqlama verib:

“Rumıniya mətbuatına verdiyim müsahibəni görəndə təəccübləndim. Əslində, birinci dəfə deyil ki, sözlərimin düzgün yazılmaması ilə üzləşirəm. Bir növ öyrəşmişəm (gülür). Müsahibəmdə “Neftçi” ilə danışıb razılığa gəlməmişik və ya gələ bilməyəcəyik” deməmişəm. Sadəcə bildirmişəm ki, müqaviləmin sonuna 6 ay qalıb və yeni müqavilə ilə bağlı rəsmi heç nə yoxdur. Əlbəttə, mənim komandam “Neftçi”dir. Mən “Neftçi”nin futbolçusuyam, azarkeşlərimizi sevirəm. Müqaviləmin sonuna kimi, neçə il olursa olsun, sona qədər bu formanı şərəflə daşımağa hazıram”.

Qeyd edək ki, Matiasın “ağ-qaralar”la sözləşməsi cari mövsümün sonunda başa çatır.

Əsas xəbərlər, Ölkə futbolu Yuri Matias: “Rumıniyada özümü yaxşı hiss edirdim”

9 Yanvar 2025, 20:16

Əsas xəbərlər, Ölkə futbolu Emin Mahmudov: “Məşqlər və oyunlar üçün darıxmışam”

7 Yanvar 2025, 23:42

Əsas xəbərlər, Ölkə futbolu Asəf Zeynallı: “Bütün futbolçularımız məşqlərə qoşulub”

7 Yanvar 2025, 20:25

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Tamaşdan sonra o da “Neftçi”dən ayrıla bilər

6 Yanvar 2025, 8:01

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” Qəbələdə hazırlaşacaq

5 Yanvar 2025, 17:04

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi”də ayrılıq

4 Yanvar 2025, 20:07

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью