Yuri Syomin Moskva klubunu çalışdırmağa yaxındır

01.05.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Yuri Semin karyerası ərzində 5-ci dəfə "Lokomotiv"ə rəhbərlik edə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Championat" yayıb.

Mənbənin məlumatına görə, iki həftə sonra 78 yaşı tamam olacaq təcrübəli çalışdırıcının baş məşqçi postunda Mixail Qalaktionovu əvəz edəcəyi gözlənilir. Syominin klub rəhbərliyində vəzifə tutması variantı da var.

"Qəbələ"nin sabiq baş məşqçisi Moskva klubunu 2020-ci ildə tərk edib. Bundan sonra o, yalnız "Rostov"da çalışıb. Syomin "Lokomotiv" klubunun tarixinə ən titullu məşqçi kimi düşüb.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью