Yuri Vernidub: “Araz Naxçıvan” turnir cədvəlindəki sonuncu yerə layiq deyil”

22.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan”ı səfərdə 3:1 hesabı ilə məğlub edən “Neftçi” komandasının baş məşqçisi Yuri Vernidub qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis qələbədən məmnun olduğunu, lakin rəqibin turnir cədvəlindəki mövqeyinin onun real gücünü əks etdirmədiyini bildirib.

“Qalib gəldiyimiz üçün sevinirik. Futbolçulara demişdim ki, rəqib sonuncu yerdə olsa da, buna layiq deyil. “Araz-Naxçıvan” daim burada oynayır. Buna görə də hiss olunurdu ki, onlar bizdən fərqli olaraq, meydana daha yaxşı uyğunlaşıblar. Biz də bəzən bu səbəbdən tez-tez top itirirdik”, - deyə Vernidub bildirib.

Baş məşqçi komandasının əldən verdiyi qol imkanlarına və Qustavo Klismanın çıxışına da toxunub:

“Daha bir qol vura bilərdik, hətta vurmalıydıq. Əvəzində qapımızda qol gördük. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi sona qədər çox yaxşı dəstəklədilər. Klismanın qolu baxımlı alındı və bu, məni sevindirdi. Bu, onun çempionatda altıncı qoludur”.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью