Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Samir Abasovu uğursuz nəticələr üzündən istefaya göndərən “Neftçi”nin yeni baş məşqçisi, demək olar ki, bəllidi. Bəli, “ağ-qaralar”ı bundan sonra Yuri Vernidub çalışdırıacaq. Klubdan “Football-plus.az”a verilən məlumata görə, ukraynalı mütəxəssis artıq Bakıdadı. Bütün əsas məqamlar razılaşdırılsa da, hələ ki müqaviləyə imza atmayıb. Onun təyinatı ya bu axşam, ya da sabah səhər saatlarında açıqlanacaq.
MÜZƏFFƏR QULUZADƏ