Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi"nin ukraynalı baş məşqçisi Yuri Vernidub ukraynalı futbolçulardan hansılarının gələcəkdə Avropanın TOP-5 liqasında çıxış edə biləcəyini açıqlayıb.
QOL.az xəbər verir ki, mütəxəssis bu barədə "Ukrainski futbol” nəşrinə müsahibəsində danışıb.
O deyib: “Mənim fikrimcə, növbəti ukraynalı futbolçu kimi Avropanın TOP-5 çempionatına gedə biləcək ad Taras Mixavkodur. Düşünürəm ki, onun potensialı var. Hər şey bundan sonrakı karyerasının necə inkişaf edəcəyindən asılıdır.
Tverdoxlib bunu çox arzulayırdı, istəyirdi, amma hələlik LNZ-də çıxış edir. Bu keçid baş tutmadı. Çox istərdim ki, Bundesliqaya düşsün. Mənə elə gəlir ki, orada onun üçün hər şey yaxşı alınardı.
Həmçinin Ramik Hacıyevi (əslən azərbaycanlıdır - red.) də qeyd edərdim. Hazırda ağır zədəsi var. Necə davam edəcəyini demək çətindir. Amma mənə çox xoş təsir bağışlamışdı. Pis futbolçu deyil və yüksəlişə layiqdir. Bundan başqa, gənc müdafiəçi İlya Krupskini də əlavə edərdim. Gənc oğlandır, bəlkə də hər şey yolunda gedər və o da ora düşə bilər”.
Qeyd edək ki, hazırda Taras Mixavko Kiyev “Dinamo”sunun formasını geyinir. Ramik Hacıyev və İlya Krupski Xarkovun “Metallist 1925” klubu ilə müqavilə əsasında çıxış edirlər. Tverdoxlib isə bu yaxınlarda “Krivbass”dan LNZ klubuna transfer olunub.