Yuri Vernidub qələbədən sonra nə danışdı?

18.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının 6-cı turunun açılış matçında “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, ev sahibi komanda 0:3 hesabı ilə məğlub olub.

“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub oyundan sonra jurnalistlərin suallarını cavablayıb:

-Fasilədən sonrakı ilk tur “Sabah”a qarşıdır. “Sabah”ın oyunu “Slaviya” ilə olacaq oyun təxirə salına bilər. Situasiyaya münasibət necədir?

-Mən bu barədə düşünmürəm. Biz bu oyundan sonra 5 günlük istirahət vermək istəyirəm. 6 oyunçumuz millidə oynayacaq. Ona görə də, biz 24-ü öz bazamızda toplanıb, “Sabah”la matça hazırlaşacağıq. Rəqib yaxşı formadadır. Keçən ilin çempionudur. Biz bu matça ciddi hazırlaşacağıq. “Sabah”dan sonra “Qarabağ” və “Turan Tovuz”la da oyun var. Biz təxir məsələsinə loyal yanaşırıq. Keçən il də “Qarabağ”a qarşı bu cür oldu. 

-Birinci hissədə elə də yaxşı oyun alınmadı və Emin Mahmudovu fasilədə əvəz etdiniz, bu fiziki forması ilə bağlıdır?

-Bu onun fiziki forması ilə bağlı deyil. Burada oynamaq çətindir. Bu havaya alışmaq üçün vaxt lazım olur. Birinci hissəni buna sərf etdilər. Əsas odur ki, qalib gəldik.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью