Yusif Babanlı yeni şirkət yaratdı: 3 milyon manatlıq...

10.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Türkan İdman Zalı" MMC-ni dövlət qeydiyyatına alıb.

Axar.az Report-a istinadla xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 13-cü Türkan küçəsi, ev 9, nizamnamə kapitalı 3 milyon 106 min 573 manat, qanuni təmsilçisi isə Yusif Məmməd oğlu Babanlıdır.

Qeyd edək ki, Y.Babanlı 2010-2016-cı və 2018-2021-ci illərdə Azərbaycan İdman Akademiyasının prorektoru olub, 2019-2025-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının üzvü kimi fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью