Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı

08.04.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır.

Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafında müzakirə aparılıb.

Xatırladaq ki, bir neçə gündür, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью