Yusif İldırımzadənin qardaşı zərərçəkmişi 510 min manata icra başçısı təyin edəcəkmiş MƏHK…
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib: “ Təqsirləndirilənlər ziyanı ödəmirlər, onların azadlıqda qalması yeni cinayətlər törətməsinə imkanlar yaradır.
Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqın aparılan işlərdə Rasim ildırımzadənin adı keçir.
Bu da o deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edirlər".
Rasim İldırımzadənin vəkili çıxış edərək ibtidai araşdırma qanun pozuntusuna yol verilib, buna görə də işin ibtidai istintaqa qaytarılmasını istəyib.
Hakim bildirib ki, vəsatətlərə hazırlıq iclasının qərarında münasibət bilidiriləcək. Hazırlıq iclasının davamı dekabrın 24-də davam edəcək.
İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.
Tam oxu
Xəbəri oxu