Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəməsinin hazırlıq iclası keçirilib.
Bakupost.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Fəxri Məmmədovun sədrliyi ilə keçirlən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxlər və vəkilləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi ittiham aktı ilə tanış olmadıqlarını bildiriblər.Məhkəmə müşavirəsi əsasında proses iştirakçılarının ittiham aktı ilə tanış olması üçün vaxt verilməsinə qərar verilib .
Hazırlıq iclası 26 noyabr tarixinədək təxirə salınıb. Qeyd edək ki, Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Pir
Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Rasim İldırım Xətainin sabiq prokuroru, “Əmrah Bank”ın təsisçisi Yusif İldırımzadənin qardaşıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu