Yusif İmanov: Düşünürəm ki, iki xal itirdik”

21.01.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əslində birinci hissə o qədər də sürətli olmadı. Amma fasilədən sonra hər iki komanda tempi qaldırdı. Hesabı açsaq da, çox təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik və qapımızda qol gördük. Düşünürəm ki, iki xal itirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın qapıçısı Yusif İmanov deyib.
Misli Premyer Liqasının 19-cu turunda səfərdə "Neftçi" ilə görüşdən danışan qolkiper qarşıdakı matçlardan da söz açıb. İmanov "Sabah"ın maksimum nəticə qazanmağa çalışacağını söyləyib: "Çempionatdakı nəticələri görürsüz. Maraqlı və çətin keçir. Maksimum nəticə qazanmağa çalışacağıq".
Qeyd edək ki, "Neftçi" – "Sabah" görüşü 1:1 hesabı ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью