Yusif İmanov və Nicat Mehbalıyevdən narazı olan baş məşqçi yeni qapıçının transferini istəyib

14.01.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hələ ki, heyətinə yeni futbolçu cəlb etməyən "Sabah" transfer çalışmalarını davam etdirir.

Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, "bayquşlar" yeni qapıçı axtarışına çıxıblar.

Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski rəhbərlikdən yeni, daha səviyyəli "çərçivə qoruyucusu"nun transferini istəyib. Rusiyalı mütəxəssis hazırda heyətdə yer alan Yusif İmanov və Nicat Mehbalıyevin performansından narazıdır.

Buna görə klub rəhbərliyi baş məşqçinin istəyi ilə legioner qapıçı axtarır.

Qeyd edək ki, Premyer Liqada qış transfer pəncərəsi 14 yanvar - 10 fevral tarixlərini əhatə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью