Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Mən neçə il “Hümayun” ansamblında çalışmışam. Allah Xalq artisti Əlibaba Məmmədova rəhmət eləsin, yeri cənnətlik olsun. Mənim yol göstərənim olub. O kişinin mənim üzərimdə böyük haqqı var".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı" verilişində deyib. Sənətçi 1981-ci ildə həyatında dönüş nöqtəsi olan hadisəni xatırlayıb:
"1981-ci ildə indiki Heydər Əliyev Sarayında bir tədbirdə iştirak etdim. Dövlət tədbiri idi. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin, o da tədbirdə iştirak edirdi. Mən orada Əlibaba Məmmədovun "Min yaşasın" mahnısını oxudum. Cavan oğlan idim. Mahnıda bir məqam var idi, o qədər zəngulə vurdum ki... Saata baxmışdılar, bir nəfəsə 1 dəqiqə 5 saniyə zəngulə vurmuşdum. Mənə dedilər ki, “Ölərsən”. Cavab verdim ki, “Yox, ölmərəm”.
Ulu Öndərimiz əllərini bir-birinə vurması ilə bütün zal alqışladı və bu, mənim həyatımda bir dönüş oldu".