Yusuf Dikeç müsahibə almaq istəyənlərdən 30 min avro istədi

11.01.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yusuf Dikeç müsahibə üçün məbləğ müəyyənləşdirib.

Bakupost.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Yusuf Dikeç ondan müsahibə almaq istəyən L'equipe nəşrinə vəkili vasitəsilə mesaj göndərib.

L'équipe-nin xəbərinə görə, Dikeç göndərdiyi cavabda müsahibənin maksimum 30 dəqiqə ola biləcəyini və 1 milyon lirə, yəni 30 min avro istədiyini bildirib.

Qeyd edək ki, Dikeç Paris-2024 Olimpiadasında qulaqlıq taxmadan səhnəyə çıxaraq, atışını bir əli cibində həyata keçirməsi ilə dünyada gündəm olmuşdu.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью