Yusuf Güney içdiyi bitki çayına görə 10 il həbs oluna bilər

19.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Türkiyəli müğənni Yusuf Güney Peru səfərində içdiyi ayahuasca bitkisi çayı ilə bağlı açıqlamalarına görə 10 ilədək həbs cəzası tələbi ilə üzləşib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Müğənni məhkəmədə verdiyi ifadədə Türkiyəni çox sevdiyini və gələcəkdə ölkəsinə qayıtmaq istədiyini bildirib. Onun vəkili isə Güneyin bitkinin qadağan olunduğunu bilmədiyini və heç kimi ondan istifadəyə təşviq etmədiyini deyərək bəraət istəyib. Online alış-veriş

Məhkəmə nəzarət tədbirlərinin davam etdirilməsinə və iş materiallarının prokurorluğa göndərilməsinə qərar verib. 

Qeyd edək ki, müğənni barəsində hələ yekun hökm çıxarılmayıb.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью