Yusuf Güney təmizlənmək üçün Amazon meşələrinə gedib

29.03.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Astral səyahət və yadplanetlilərlə bağlı açıqlamalarından sonra gündəm olan müğənni Yusuf Güney təəccüblü paylaşımlarını davam etdirir.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bu dəfə təmizlənmək üçün Amazon meşələrinə üz tutub.

Müğənni sosial şəbəkədəki son paylaşımında, "Qoca Yusuf Güney öldü, amma yenidən doğuldu. Doğrudur, mən ölümü yaşadım. Məsələn, yaşadığım hadisələrə və problemlərə reaksiyalarım indi çox sakit və ağıllıdır. Mən heç kimə əsəbiləşməyəcəm. Özünü tapmağın bir yolu da budur” sözlərini yazıb.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью