Yusuf Mehtiyev Dinamonun heyətində debüt edib

10.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Gürcüstanda doğulan, əslən azərbaycanlı olan Yusuf Mehtiyev Tbilisi "Dinamo"sunun heyətində debüt edib. Sport24.az xəbər verir ki, 18 yaşlı hücumçu Tbilisi klubunun heyətində Gürcüstan çempionatının son turunun "Qaqra" ilə oyununda start heyətində meydana çıxıb.

Qarşılaşma "Qaqra"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mehtiyev fasilədə əvəzlənib. Bbu matç mövsümün son görüşü olub. 

Qeyd edək ki, "Dinamo" mövsümü 7-ci pillədə başa vurub. Gürcüstan çempionu isə "İberiya" olub. Əlavə edək ki, Yusufun "Dinamo" ilə müqavilə müddəti 2027-ci il yanvarın 30-na qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью