Yusuf Sarı yeni komanda ilə anlaşıb 3.5 il müddətinə müqavilə imzalanıb

26.12.2024

Icma.az, Mia.az saytına istinadən bildirir.

Türkiyə millisinin futbolçusu Yusif Sarı yeni klubla anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "RAMS Başakşehir" bu günə qədər "Adana Dəmirspor"da çıxış edən Yusuf Sarını heyətinə qatıb.

Bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, mövsümün sonunda hazırkı komandası ilə müqaviləsi başa çatacaq millinin oyunçusu Yusuf Sarı ilə növbəti satışdan pay almaq şərti ilə klubu "Adana Dəmirspor"la anlaşma əldə olunub: "Artıq Yusufla 3,5 il müddətinə müqavilə imzalayıb. Ona "xoş gəldin" deyirik və yeni klubunda uğurlar arzulayırıq".

Xatırladaq ki, Fransanın “Olimpik Marsel” və “Klermont” klublarında oynayan Yusuf Sarı daha sonra “Trabzonspor” və “Çaykur Rizəspor”da forma geyinib. 26 yaşlı cinah oyunçusu 2022-ci ildə “Adana Dəmirspor”a transfer olunub.

Fərid Aslan
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью