Icma.az, Axsham.az portalına istinadən məlumat yayır. Yutub platforması qısa videolarda (Shorts) istifadəçilərin üzlərini süni intellekt vas
Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məsələni ilk olaraq videoblogerlər diqqətə çatdırıblar.
Musiqi mövzusunda videolar çəkən Rik Beyto bildirib ki, saçlarında və üzündə dəyişikliyi hiss edib: “Fikirləşdim ki, saçlarım çox qəribə görünür.
Daha yaxından baxdıqca sanki makiyaj etdiyim təəssüratı yarandı”.
Onun sözlərinə görə, videolarda dəqiqlik dəyişir: bəzi yerlərdə dərisi olduqca aydın görünür, digər hissələrdə isə sanki süni şəkildə hamarlaşdırılıb.
Eyni hal köynəyin qatlarında və üz cizgilərində də müşahidə olunub.
"Google" təsdiqləyib ki, bu dəyişikliklər hazırda bəzi seçilmiş qısa videolar üzərində test olunur.
Sınaq çərçivəsində videolarda görüntü səs-küydən təmizlənir, kəskinlik artırılır və bəzi detallar bulanıqlaşdırılır.