Yutub “Oskar”ın yayım hüququnu almaq istəyir

20.08.2025

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yutub platforması “Oskar” mükafatlandırma mərasiminin yayım hüquqlarını almaqda maraqlıdır.

Axşam.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mütəxəssislərin fikrincə, mərasimin videoplatformaya keçirilməsi hər il populyarlığını itirən şouya daha çox diqqət cəlb edə bilər.

Bununla belə, “Oskar”ın yeni yayımlayıcısının məhz Yutub olacağı hələ dəqiq deyil. Hüquqlar uğrunda "NBC Universal" və "Netflix" də daxil olmaqla bir çox şirkət mübarizə aparır.

Qeyd edək ki, artıq təxminən 50 ildir mərasimi "ABC" kanalı yayımlayır və müqaviləyə əsasən bu, ən azı 2028-ci ilə qədər davam edəcək. Hazırda Kino Sənəti Akademiyası potensial yayımlayıcılarla danışıqlar aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью