Yutubda baxış qaydası dəyişir

18.08.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yutub platforması videolara baxışların hesablanması qaydasını dəyişir.

Axşam.az xəbər verir ki, avqustun 24-dən etibarən video və ya canlı yayım başladılan kimi baxış hesablanacaq. Əvvəllər isə baxışın qeydə alınması üçün videonun ən azı 30 saniyə izlənilməsi tələb olunurdu.

Platformanın rəqibləri olan TikTok və instaqram bu sistemdən artıq uzun müddətdir istifadə edir.

Yutubdan bildirilib ki, yeni dəyişikliklə yaradıcıların izləyici əhatəsini daha aydın görməsi və qarışıqlığın aradan qaldırılması hədəflənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью