“Yuventus” 19 yaşlı hücumçu transfer edir

01.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Yuventus” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Cenoa”dan Ceff Ekatoru transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Qoca sinyora” hücumçu üçün bonuslarla birlikdə 18 milyon avro təklif edib. Klublar arasında danışıqlar son mərhələdədir.

Ekator ötən mövsüm A Seriyasında 30 oyunda 3 qol vurub. 19 yaşlı hücumçu İtaliyanın əsas millisində də bir matça çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью