Yuventus 20 yaşlı futbolçuya elçi düşüb

06.07.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Yuventus" "Trabzonspor"un yarımmüdafiəçisi Krist İnao Ulaini transfer siyahısına daxil edib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, baş məşqçi Luçano Spaletti afrikalı futbolçunun texniki bacarığını, pressinqdən rahat çıxmasını və oyunu qurmaq qabiliyyətini yüksək qiymətləndirir. Ulai həm dayaq yarımmüdafiəçisi, həm də mərkəzdə daha irəli mövqedə çıxış edə bilir.
Bildirilir ki, "Yuventus" bu transfer uğrunda tək deyil. "Fiorentina", "Leyptsiq" və "Brayton" da futbolçunun xidmətində maraqlıdır. "Brentford" isə daha əvvəl "Trabzonspor"a 25 milyon avroluq təklif göndərsə də, Türkiyə klubu bu təklifi qəbul etməyib.
Qeyd edək ki, "Trabzonspor" Ulaini satacağı təqdirdə transferdən əldə olunacaq gəlirin 20 faizini onun əvvəlki klubu "Bastia"ya ödəyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью