“Yuventus” 3 azarkeşin stadiona girişinə qadağa qoydu

04.10.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Yuventus" irqçi şüarlar səsləndirdiyinə görə üç azarkeşinə stadiona gəlməsinə qadağa qoyub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə avqustun 24-də A Seriyasının 1-ci turunun "Parma" ilə oyunundan (2:0) sonra baş verib. "Yuventus"un amerikalı yarımmüdafiəçisi Uetson Makkenni meydanda məşq edərkən təhqiredici şüarlara məruz qalıb. Üç fanat video müşahidə kameralarının  vasitəsilə müəyyən edilib.

Klub daha əvvəl 2023-cü ilin dekabrında "Roma" və 2024-cü ilin noyabrında "Torino" ilə matçlardan sonra azarkeşlərə oxşar cəzalar tətbiq etmişdi.

Qeyd edək ki, "Yuventus" 5 turdan sonra 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью